İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəqliyyat Nazirliyinin gözlənilməz qərarı yüzlərlə sürücünü işsiz qoydu

8107 01.12.2015 18:27 Ölkə A A
Noyabrın 30-da Bakı Beynəlxalq Avtovağzalında bir qrup sürücü Nəqliyyat Nazirliyinin sərnişin tutumu 23 nəfər və ondan az olan “Mercedes sprinter” markalı avtobuslarının rayonlara səfərinə qadağa qoymasına etiraz əlaməti olaraq, aksiya keçirib. Yeni qadağaya etiraz edən sürücülər, avtovağzalın ərazisində toplaşaraq, qəfil verilən qərarın əleyhinə çıxıblar. 

Polis əməkaşları hadisə yerinə gələrək aksiyaçıları avtovağzalın ərazindən uzaqlaşdırıblar. Bu gün isə yenidən bir qrup sürücü həmin məsələ ilə bağlı etirazını bildirmək üçün avtovağzalda toplaşıb. Avtovağzal rəhbərliyi isə sürücülərə bu ayın sonuna kimi, yəni 1 ay işləmək şanslarının olduğunu bildirib. 

Adının çəkilməsini istəməyən Tovuz rayonundan olan sürücü musavat.com-a açıqlama verərək, bildirib ki, nəqliyyat sistemində bu qərarın verilməsi yüzlərlə ailəni ac qoyacaq: "Bu gün avtovağzal rəhbərliyi bir ay möhlət verdi. Bir aydan sonra minbir əziyyətlə, kreditlə aldığımız avtobuslar xəttə buraxılmayacaq. Sərnişindaşımada çalışan bu qədər sürücü işsiz qalacaq. Avtobuslar yalnız 150 kilometrə qədər ərazidə işləyə biləcək. Bu isə o deməkdir ki, Tovuz, Qazax və yaxın ətrafda rayonlararası xətlərlə işləyə bilərik". 

Sürücü deyir ki, nəqliyyat sistemində dəyişikliyin olması yüzlərlə ailənin ocağını söndürəcək: "Bu qədər avtobusun kənarlaşdırılması onu göstərir ki, burada hansısa gizli maraqlar var. Bildiyimə görə, xəttə 200-ə yaxın "Hundai" markalı avtobus buraxılacaq. Müxtəlif bəhanələrlə digər avtobusları yığışdıracaqlar. Elə sürücülər var ki, 200 min manat xərc çəkib, "Mercedes" markalı mikroavtobuslar alıblar. Əksəriyyəti kreditlə alıb. Bakıdan ətraf rayonlara işləyərək, həm kreditlərini, həm də dolanışıqlarını çıxarırdılar. Rayon və rayonətrafı işləməklə bu gəliri əldə etmək mümkün deyil".

Sürücü onu da qeyd etdi ki, son günlər paytaxta daxil olmalarına da icazə verilmir: "Gecə saat 00:00-dan sonra şəhərə daxil ola bilmirik. Gecəyarısından səhər saatlarına kimi küçələrdə gecələyirik. Lakin Gürcüstandan gələn yük maşınları asanlıqla paytaxt ərazisinə daxil ola bilirlər. Bizə isə səbəb kimi yük maşınlarının qəza vəziyyəti yaratması göstərilir. Əgər bu qərarlar yük maşınlarına şamil edilirsə, bəs, niyə Gürcüstandan gələn yük maşınlarına şamil olunmur?”

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli məsələ ilə bağlı musavat.com-a açıqlama verib. O, bildirib ki, bu kimi halların baş verməsi nəqliyyat sahəsində çalışanları işsiz qoyacaq: "Əgər nəqliyyat vasitələrinin, avtobusların tam olaraq yenilənməsi prosesi baş verirsə, ən yaxşı halda eyni xəttə hərəkət edən avtobus sürücülərini yeni nəqliyyat vasitəsi ilə təmin edib, həmin insanları işdə saxlamaq şərti ilə onların hüquqlarını pozmamaqla, bu prosesi aparmaq lazımdır. Bütün bunlar xəttə avtobus buraxan şirkət tərəfindən həyata keçirməlidir. Bu şirkətlərin fəaliyyətini dayandırıb, bütövlükdə onları işdən çıxararaq tamam başqa bir şirkətə həvalə olunması ümumilikdə insanların əmək hüquqlarının pozulmasına gətirib çıxaracaq. Bu kimi hallar baş verərkən insanların durumu nəzərə alınmaldır. Həmin şəxslər yeni işlə təmin olunmaldır. Sonradan zaman-zaman həmin xətt üzrə nəqliyyat vasitələri təzələnməli və istismara yararsız olan avtobuslar xətdən çıxarılmalıdır".

Ekpert yeni avtobusların xəttə buraxılmasının avtovağzalın səlahiyyətində olmadığını və bu işlərin avobusları xəttə buraxan şirkətlər tərəfindən həyata keçildiyini dedi: "Avtovağzal sadəcə olaraq ümumi xidməti həyata keçirən xidmət sektorudur. Amma xətlər üzrə avtobusların yenilənməsi, seçilməsi, xəttə buraxılması, "Mercedes" markalı avatobusların "Hundai"markalı avtobuslar ilə əvəz olunması kimi işlər bu xidməti həyata keçirən şirkətlər tərəfindən keçirilməldir. Bütün bu məsələləri avtovağzal üzərində fokuslaşdırmaq doğru deyil. Nqəliyyatda sahəsində çatışmazlıq və ya beynəlxalq standartlara cavab verən, avtobusların qoşatəkər və ya təktəkərli olması işləri həmin xətlərə baxan şirkət tərəfindən dəyişdirməli, yeniləməli, təhlükəsizlik tədbirlərini bərpa edib yenidən xəttə buraxılmalıdır".

Məğrur Salmanov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR