İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəqliyyat Nazirliyi avtobus qəzalarında sahibkarları günahkar sayır

1265 19.01.2014 12:20 Ölkə A A
İri tutumlu avtobusların dar və qısa küçələrdən yığışıdırılmasına başlanılıb. Bu barədə ANS TV-nin efirində yayımlanan "Bazar Səhəri" verlişində Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov söyləyib. 

ANS PRESS-in verdiyi məlumata görə avtobuslarda kartla ödəniş sisteminin tətbiq olunmasında danışan N. Həsənov bildirib ki, hazırda 300-dən çox kart hazırlanıb və avtobuslarda kartla ödəniş sisteminin tam şəkildə tətbiq olunması üçün 1 milyona yaxın kart sifariş verilib. 

Qəzaların törədilməsindən danışan N. Həsənov bu məsələdə daha çox sahibkarların günahkar olduğunu söyləyib: "Sahibakarlar sürücünü işə götürülər. Bütün bu problemlərin yaranmasında sürücünü işə götürən sahibkarlar günahkardırlar. Lazımı adamalar yerində olmadığınıa görə belə problemlər yaranır".

N. Həsənov sərnişinlərin avtobuslarda siqaret çəkmələrindən də danışıb: "Elə sərnişinlər var ki avtobuslarda siqaret şəkirlər. Bunun qarşısı alınmalıdır"

Nəqliyyat nazirliyinin mətbuat katibi həmçinin qeyd edib ki, müvafiq tələblərə əməl etmədiklərinə görə 212 sahibkarın avtobusu xəttlərdən çıxarılıb.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi fevral ayından etibarən 650 avtobus kart sistemi ilə işləyəcəyini bildirmişdi. N.Həsənovun sözlərinə görə, mart ayından isə 1000-dən çox avtobus kart sisteminə keçəcək: "Hələ ki iki avtobusda kart sistemi tətbiq olunur. Fevraldan isə 650 avtobusda kart sistemi tətbiq ediləcək. Amma sərnişinlər hələ ki nağd şəkildə də ödəniş edə bilərlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR