NƏQLİYYAT NAZİRİ NARAZIDIR
Lent.az-ın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov dünən nazirlikdə keçirilən kollegiya iclasındakı çıxışında belə deyib. Nazir paytaxtda sərnişindaşımanın səviyyəsindən narazılığını ifadə edərək deyib ki, son illər bu sahədə həyata keçirilən çeşidli və çoxsaylı tədbirlər gözlənilən nəticəni verməyib. Ziya Məmmədov şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.
Kollegiya iclasında nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib. İclasda nəqliyyat nazirinin müavini Musa Pənahov 2009-cu ilin yekunları və 2010-cu ilin perspektiv planları ilə bağlı ətraflı məlumat verib. Tədbirdə həmçinin Azərbaycan Dövlət Dəmir Yolunun, “Azəryolservis” ASC-nin, “Avtonəqliyyatservis” Departamentinin hesabatları dinlənilib.
İclasa yekun vuran Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə, ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2009-cu ilin yekunlarını qənaətbəxş sayıb.