İnsanlara hürriyət, millətlərə istiqlal!

Nensi Pelosi Asiya turuna yola düşür, lakin onun Tayvana səfəri şübhə altındadır

398 30.07.2022 01:16 Dünya A A

Xəbər verildiyi kimi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesinə başlayıb. Lakin onun Tayvana səfər edib-etməyəcəyi hələ də bəlli deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Pelosinin səfərinə Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapur kimi dayanacaqlar daxildir. Bununla belə, Tayvan adasını ziyarət məsələsi açıq qalıb.

Belə ki Çin baş verə biləcək ağır nəticələrlə bağlı artıq rəsmi Vaşinqtona xəbərdarlıq edib. Üstəlik ABŞ-Çin münasibətləri hazırda özünün ən aşağı səviyyədəki dövrlərindən birii yaşayır.

Nensi Pelosi özü səfər planları ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Jurnalistlərin israrla “Tayvana baş çəkib-çəkməyəcəyi” barədə suallarına, Nümayəndələr palatasının spikeri “Mən heç vaxt səfərim haqqında danışmıram. Bu, mənim üçün təhlükəlidir”, deməklə kifayətlənib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR