İnsanlara hürriyət, millətlərə istiqlal!

Nensi Pelosi: "ABŞ-ın İranla hərbi qarşıdurmasına mane olmaq məqsədilə qətnamə layihəsi hazırlanıb"

461 09.01.2020 17:05 Son xəbər A A

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Konqresin üzvlərinin Tramp administrasiyasının İrana qarşı mümkün hərbi planlarından narahat olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Nensi Pelosi demokratların ABŞ-ın İranla mümkün hərbi qarşıdurmasına mane olmaq məqsədilə qətnamə layihəsi hazırladıqlarını bildirib. O deyib ki, qətnaməyə əsasən, Konqresin razılığı olmadan baş verəcək istənilən hərbi qarşıdurma 30 gün müddətində dayandırılmalıdır.

Qeyd edək ki, respublikaçıları təmsil edən deputatların bəziləri də bu məsələdə demokrat həmkarları ilə həmrəy olduqlarını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR