İnsanlara hürriyət, millətlərə istiqlal!

Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb

697 29.05.2015 11:44 Dünya A A
Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb.
 
APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.
 
Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR