NEMƏT PƏNAHLIYA 10 SUTKA KARSER CƏZASI VERİLİB
Ombudsman nümayəndələri Həcər Pənahlıya deyib ki, N.Pənahlıya 10 sutka karser cəzası verilib, o, həbsxanada bıçaqlanmadan sonra karserə salınıb: “O, karserə salındığına etiraz edərək aclığa başlayıb. Aclığı dayandırmadığına görə ona əlavə 5 gün karser cəzası verilib”.
H.Pənahlı dedi ki, görüş zamanı N.Pənahlı təcridxanada baş verənlərlə bağlı ona bəzi məlumatlar verib: “Mənə verdiyi məktubdan sonra həbsxanada olay çıxacağını dedi. Dedi Samir Həsənovun türmədə 5-6 əlaltısı var, onlar məktub çıxardığımızı biləndən sonra burda nəsə törədəcək. Elə də olub. Həbsxana rəhbəri əvvəllər Nemətdən digər məhbuslarla bağlı məsələlərə qarışmamağı xahiş edib. Məktub məsələsindən sonra işi böyüdüb onu karserə salıblar”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum”a bildirib ki, N.Pənahlı 17 saylı CM-də daxili intizam qaydalarını pozduğuna görə 5 sutkalığa karserə salınıb.
Həcər Pənahlı dedi ki, hadisə ilə bağlı məhkəməyə müraciət edəcəklər: “Çünki bizə Nemətin karserə salındığına və aclıq aksiyasına başladığına dair vaxtında məlumat verilməyib”.
Bu arada N.Pənahlının ailəsi hüquq müdafiəçilərinə də müraciət edib. Müraciətdə deyilir: “N.Pənahlı saxlandığı CM-də də rüşvətxorluq və korrupsiyaya qarşı imkanı daxilində mübarizə aparıb. Rastlaşdığı qanunsuzluqlar, dustaqların haqlarının tapdanması, onlara qeyri-qanuni şəkildə edilən zülm, onlardan tələb olunan rüşvət haqda ərizələr tərtib edərək onları dustaqlara imzaladıb və aidiyyəti orqanlara göndərib. Buna görə o, təcridxana rəhbərliyi tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb. Son hadisə isə dekabrın 5-də baş verib. N.Pənahlı məhbus Musa Hacıyevin 17 saylı CM-in tərbiyə işləri üzrə rəis müavini Rafiq Məmmədov və rəis əvəzi Samir Hüseynovun rüşvətxor əməlləri barədə yazdığı ərizənin aidiyyəti orqanlara çatdırılmasında ona yardımçı olub deyə karserə salınıb. Bu fakt ailəsindən gizlədilib. Hazırda narahatçılıq içindəyik. Biz onun fiziki təzyiqə məruz qalıb-qalmadığını, hətta sağ-salamat olub olmadığını da bilmirik”.
N.Pənahlının ailəsi hüquq müdafiəçilərini onun vəziyyətini diqqətdə saxlamağı, bu məsələni ictimailəşdirməyi xahiş edir.
N.Pənahlı 2011-ci il, yanvarın 8-də tutulub. O, xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.