NEMƏT PƏNAHLININ XANIMININ MÜRACİƏTİNƏ DEPUTATLARDAN REAKSİYA GƏLDİ
Həcər xanımın bu müraciətinə münasibət bildirən deputat İqbal Ağazadə dedi ki, daim siyasi məhbuslarla bağlı tələbini parlamentdə səsləndirir: “Həcər xanımın müraciəti ilə tanışam. Və özümün bununla bağlı müsbət fikirlərimi bildirmişəm. Parlamentdə də mütəmadi olaraq bu tələblərlə çıxış edirəm. Bundan sonra da bu tələblərlə çıxış etməyə davam edəcəyəm. Azərbaycanda sonuncu siyasi məhbus azad olunanadək parlament tribunasında siyasi məhbusların azad edilməsi istiqamətində təkliflərimi hökumət nümayəndələrinə çatdıracağam”.
Deputat Fəzail Ağamalı isə bildirdi ki, konkret onun ünvanına müraciət daxil olmayıb: “Konkret mənim adıma yazılmış məktublara cavab verirəm və düşünürəm ki, bu mənim borcumdur. Əgər soyadım göstərilmədən ümumən millət vəkillərinə müraciət edirsə, düşünürəm ki, bu anonim xarakter daşıyır. Buna nə cavab vermək olar? Mənim verdiyim cavab başqa millət vəkillərinin xoşuna gəlməyə bilər və yaxud onların fikirlərini ifadə etməyə bilər. Bu cür müraciət etmirlər. Müraciəti konkret soyadı göstərməklə göndərirlər. Yalnız bundan sonra mən bu müraciətə cavab verə bilərəm. Düşünürəm ki, bu cür məsələlərə bu cür yanaşmaq lazımdır”.
Deputat Zahid Oruc o qənaətdədir ki, onun fikri məhkəmə qərarlarını əvəz etməyəcək: “Bu mənada istəyərdim ki, məsələ hüquq müstəvisində də aydınlaşdırılsın. Çünki əks halda parlament başqa bir hakimiyyət orqanın səlahiyyətlərini mənimsəyəcəksə, o halda bu öz siyasi, hüquqi mahiyyətini, hüquqi çərçivələrini aşmış olacaq”. Z. Oruc onu da bildirdi ki, hər kəs problemlərinin çözümünü parlamentdə deyil, müəyyən hüquq orqanlarında axtarmalıdır: “Əgər onları qane etməyən hallar varsa, daha yüksək instansiyalarda bu dartışmanı həyata keçirsinlər. Əks halda, açıq söyləyim ki, parlament öz fəaliyyətini ayrı bir müstəvidə hərəkət etmiş olacaq. Bu da nə Nemət Pənahlının həyat yoldaşını, nə də ki, digərlərini qane edəcək”.