“NEFTİN SİYASƏTƏ TƏSİRİ 2-3 İLƏ AZALACAQ”
Sitat: “Ölkədə neftin olması və bu məhsulun indiki qiymətləri İ.Əliyevə bütün problemləri və məsələləri ”bağlamağa" imkan verir. Amma o da aydındır ki, həmişə belə davam edə bilməz".
Qeyd etmək lazımdır ki, Azərbaycan iqtidarının “neft kartı”ndan siyasi hakimiyyəti qoruyub saxlamaq üçün istifadə eləməsi ilə bağlı ilk iddia deyil. Buna qədər də bir sıra yerli və xarici ekspertlər oxşar arqumentlə çıxış ediblər. Neft doğrudanmı Azərbaycan siyasətində öz təsir gücünü qoruyub saxlaya biləcək? Və bu proses nə zamana qədər davam edə bilər?
Mövzu ilə bağlı qəzetimizə danışan iqtisadçı ekspert Qubad İbadoğlu Harri Kasparovun neft və onun Azərbaycan siyasətinə təsir gücü ilə bağlı dediklərini əsaslı saydı. İqtisadçı alimin sözlərinə görə, həm daxili siyasətdə, həm də xarici siyasətdə neft amili kifayət qədər böyük önəm daşıyıb: “Azərbaycan hakimiyyətinin xarici siyasətində və daxili sosial-iqtisadi siyasətdə də neft amili əhəmiyyətli rol oynayıb. İqtidar neft üzərində ictimai nəzarətin olmamasından, neft sərvətlərinin bölüşdürülməsində vətəndaş iştirakının təşkil olunmamasından, eləcə də hakimiyyət qolları arasında nəzarət mexanizmlərinin işləməməsindən istifadə edərək neft üzərində vahid mərkəzdən sərəncam vermək imkanları əldə edib. Neft müqavilələrinin imzalanması üçün şirkətlərin seçilməsi imkanı iqtidara məxsus olub. Buna görə də xarici siyasətdə, hakimiyyətin maraqlarının qorunmasında neft amili əhəmiyyətli rol oynayıb. Çünki xaricdən gələn şirkətlərin seçilməsi, onlara burada fəaliyyət imkanlarının yaradılması, vergi, gömrük güzəştlərinin verilməsi, demək olar ki, siyasi qərarlar hesabına baş verir”.
Ekspertə görə, bundan başqa daxili siyasətdə də neft amili həmişə əhəmiyyətli rol oynayıb: “Əməkhaqqı, pensiyaların verilməsi, infrastrukturun yenilənməsi layihələri, həmçinin büdcənin şişməsi, demək olar ki, neftdən gələn gəlirlər hesabına həyata keçirilib. Bu baxımdan Kasparovun dediklərində həqiqət yükü var”.
Ancaq iqtisadçı alimin fikrincə, neft silahı uzun müddət hakimiyyətin əlində qalmayacaq. Q.İbadoğluna görə, qarşıdakı illərdə ölkədə neft istehsalının azalması proqnozlaşdırılır. Bu isə istər-istəməz neftin siyasi proseslərə təsir imkanlarını zəiflədəcək: “Həmin dövrdən sonra Azərbaycanda neftin siyasi proseslərdə cəlbediciliyi azalacaq, eyni zamanda iqtisadi baxımdan Azərbaycanda neft gəlirləri azalmağa doğru gedəcək. Bu zaman neft siyasətdəki dominantlığını itirəcək. Beləliklə, ixracatda neftin pullarının çəkisi azalmağa başlayacaq”.