İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiymətləri ABŞ FES-in faiz dərəcəsi qərarı fonunda aşağı düşməyə başlayıb

1126 17.12.2015 01:36 İqtisadiyyat A A

Neftin dünya qiymətləri ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsi haqqında qərarı fonunda aşağı düşməyə başlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, qiymətlər artıq 5 faizdən artıq aşağı düşüb.

"Brent" markalı neftin fevral fyuçerslərinin dəyəri 3,33% düşərək bir barel üçün 37,44 dollar təşkil edib. WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 4,48% düşərək bir barel üçün 35,68 dollar olub.

ABŞ FES baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. FES-in baza uçot dərəcəsi sonuncu dəfə 2006-cı ilin iyununda qalxıb.
Bu, Amerika valyutasına dəstək verməklə yanaşı, "qara qızıl"ın qiymətinə də təsir göstərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR