İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçilər”dəki narazı satıcılar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində... - FOTOLAR, Yenilənib

8039 19.03.2014 14:04 Son xəbər A A
Bir qrup satıcı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısına toplaşıb.

Virtualaz.org-un xəbərinə görə, narazı satıcıları növbətçi prokuror Elmir Qaloyev qəbul edib. 

Hazırda satıcılar şikayət ərizəsi yazırlar. Satıcılar metroda qanunsuz olaraq, icarə haqqı yığan Elşən və Əli adlı şəxslərdən şikayət edirlər.


* * * * *
12:54

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, metro tiçarətçilərinin "Neftçilər" stansiyasında keçirtdikləri aksiya artıq sona çatıb.

* * * * *
12:38

Musavat.com-un məlumatına görə, metro ticarətçiləri onların hər birindən təmir üçün 1100 manat pul alındığını və aldadıldıqlarını iddia ediblər: “Materialı özümüz almışıq. İndi də həmin pulu tələb edirik. O puldan  cəmi 200 manat pul qaytarıblar. Korrupsiya idarəsinə şikayətə gedirik.  Biz bu pulla bayramı necə keçirək?”.

Narazı ticarətçilər deyiblər ki, onlara ticarət üçün alternativ yer verilməyib: “Hacıbala Abutalıbovla keçən həftə görüşdük. Əlini “Quran”a basıb and içdi ki, martın 27-ə kimi sizə toxunmayacam”


***

12.25

10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən "Neftçilər" metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər. 

Musavat.com-un əməkdaşı ilə söhbətlərində ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər. 

Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı əlliyə yaxın olub. Ətrafda polis qüvvələri əvvəlcə müdaxilə etməsələr də, zamanla hərəkətə keçiblər və ticarətçilərdən keçidi tərk etmələrini tələb edib, daha sonra onları sıxışdıraraq keçiddən çıxarıblar.

Reportyorumuz xəbər verir ki, ticarətçilərin metrostansiyasının yaxınlığında toplaşması davam edir.

Ən son xəbərə görə, təicarətçilərin bir qismi stansiya rəisinin otağına dəvət olunub, bir hissəsi isə uca səslə şikayətlərini səsləndirirlər. Şikayətçilərin çox qadınlardır deyə, polislər onlara hücum etmirlər.

Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları "20 Yanvar" metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR