İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalanın həbs olunmuş icra başçısının şok əməlləri üzə çıxdı – Elşad Musayevlə “Canlı debat”

1215 29.03.2021 13:56 Gündəm A A

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub. Hazırda həbsdə olan İ.Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə əlaqədar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Belə ki, Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. Bu hal 2020-ci ildə də təkralanıb.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Bu məlumatların üzə çıxması yeni həbs dalğasının başlayacağı anlamınamı gəlir? Yoxsa digər icra başçılarının rüşvətxorluq faktları ilə bağlı yeni detallar da üzə çıxacaqmı?

Daha bir mövzu sabiq Baş Qərargah rəsisi ilə bağlldır. Dünən bir foto yayıldı və iddia olundu ki, Nəcməddin Sadıkov Bakıya dönüb. İndu sual budur: o, vəzifəsinə, yoxsa, cəzaya qayıdıb? Bəzi iddialara görə Rusiya tələb edir, Nəcməddin Sadıkov öz vəzifəsinə geri qaytarılsın. Amma bu absurd görünür.

Müxalifət müxalifətə qarşı Ağdam cəbhəsi açıb. PA-nın dəvəti və təşkilatçılığı ilə Ağdama səfər edən partiya sədrləri AXCP və Müsavatın hücumuna məruz qalıb. Nədir prosesin bu cür cərəyan etməsinin səbəbi?

Avropanın bərk yapışdığı, Ərdoğanın Türkiyəni çıxartdığı "İstanbul konvensiyası" nədir və nə deyildir? Almaniya mediası bizi həm də ona görə vurur ki, niyə AŞ üzvü ola-ola İstanbul konvensiyasına girmirik?

“Tərtər işi” işi ilə bağlı son günlər çox ciddi müzakirələr aparılır. Nədir bu prosesin arxasındakı məqamlar? Həqiqəti harda axtarmalı? Nəcməddin Sadıqovun ölkəyə gəlişi bu işlə bağlı ola bilərmi?

Bu və gündəmdəki digər mövzuları Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə etdik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR