İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft istehsalçılarının görüş vaxtı dəyişdi

436 05.06.2020 01:35 İqtisadiyyat A A

Neft hasil edən ölkələrin OPEK+ formatının görüşü geri çəkilib. Musavat.com xəbər verir ki, bu barədə TASS OPEK-dəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, OPEK+ texniki komitəsinin görüşü iyunun 5-dən 17-nə, nazirlərdən ibarət monitorinq komitəsinin iclası isə iyunun 8-dən 18-nə keçirilib. Nazirlərin əsas görüşünün dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib. Amma bu görüşün də iyunun ortalarında baş tutacağı gözlənilir.

Qeyd edək ki, OPEK+ çərçivəsində görüşlərin tarixi birinci dəfə deyil ki, dəyişdirilir. İlkin olaraq iyunun 9-10-na təyin olunan görüşün Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatın mövcud azaldılması həcminin saxlanması barədə razılığa gəldikdən sonra ayın 4-nə irəli çəkilməsi təklif olundu. Lakin iyunun əvvəlində nazirlərin apardığı ilkin müzakirələrdə məlum oldu ki, sazişə qoşulan ölkələrdən bəziləri may ayında hasilatı azaltmaq üzrə öhdəliklərinə əməl etməyiblər. Bunlar İraq, Nigeriya və Qazaxıstandır. Xüsusilə hasilatı gündəlik 1 milyon barellik azaltma kvotasının yarısına əməl edən İraqla bağlı tələblər yarandı. Mənbələr Rusiya və Səudiyyə Ərəbistanının hər 3 ölkədən öhdəliklərinə əməl etmələrini təkidlə tələb etdiklərini bildirir. Moskva və Ər-Riyad kvotalara əməl olunmayacağı halda iyuldan etibarın hasilatı böyük həcmdə artıracaqlarını bəyan ediblər. Bu isə bazarda yenidən kəskin qiymət azalmasına gətirib çıxara bilər.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR