İnsanlara hürriyət, millətlərə istiqlal!

NEFT DAŞLARINDAKI MƏSCİD YERLƏ-YEKSAN EDİLDİ

952 13.05.2009 08:57 Mənəviyyat A A
Əldə etdiyimiz  digər məlumatda isə deyilir ki, məscidin sökülməsi Neft  daşlarında işləyən fəhlələr arasında ciddi narazılıq doğurub. Elə bu səbəbdən də minarənin sökülməsi yarımçıq qalıb. Məlumatda qeyd edilir ki, məscidi sökməyə gələn iş icraçılarına qəti şəkildə tapşırıq verilib ki, tikili gecə ikən yerlə-yeksan olunmalıdır. Söküntü işlərini təcili yekunlaşdırmaq  üçün  əraziyə əlavə texnika gətirilib. Beləliklə də   əlavə texniki vasitələr hesabına minarənin söküntüsünə başlanılıb.
Xatırladaq ki, məscid bir necə ay öncə tikilib və bu vaxta kimi onun sökülməsi ilə bağlı hər hansı rəsmi izahat verilməyib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva  əməkdaşımızla söhbətində deyib ki, məscidin sökülməsi barədə komitəyə rəsmi məlumat daxil olmayıb: “Biz bu məsələləri mətbuatdan eşitmişik”. Əzizbəyov  rayon  İcra  Hakimiyyətindən  isə bildirilib ki, adıçəkilən məscid  icazəsiz inşa edildiyindən Dövlət Neft Şirkətinin göstərişi ilə sökülüb: “Ərazi neft şirkətinə məxsusdu və söküntüyə də onlar göstəriş verib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR