NECƏ GƏLDİ - NİYƏ GETDİ
Hamıda ortaq bir fikir formalaşıb ki, icra başçısının, lap elə polis rəisinin, prokurorun da əvəzlənməsi yaxşı hal deyil. Hər gələn öz istədiyi havanı çalır, biznesini qurur, hikkəsini qəzəbini adamların üstünə tökürlər... Gedənin malı-mülkü yerində qalır, gələn isə yenisini tikir, qurur. Hansı rayona ayaq bassanız yerli sakinlər onlardan qalan nə varsa, hamısını barmaqla nişan verəcəklər. Vur-tut 1000-1200 manat maaş alana yeni bir imarət qurmaq da az qala öhdəliyə dönüb...
Sovet imperiyası dönəmlərini xatırlayanlar yetərincə müqayisə apara bilərlər: zahiri əlamətlərinə görə o vaxtın raykom katibləri indiki icra başçılarından o qədər də fərqlənmirlər. Bir az idarəçilikdə, bir az da həyat tərzlərində istisnalar var idi. Özü də dəyişən nə varsa, hamısı mənfiyə doğrudur. Onda raykom katibi planı doldurmaq qayğıları ilə yaşayırdı, məhsul istehsalında yaranan uğur da, qüsur da onun ayağına yazılırdı. İndiki icra başçıları bu qayğılardan azaddırlar, olsa-olsa fəaliyyətdə olan nə varsa qazancına şərik olmaq haqda düşünürlər.
Əslində prezident bizə çoxdan bəlli olan bir gerçəyi - icra başçılarının varlı-kasıb sahibkarlardan yığılan pulla quruculuq-abadlıq görüntüsü yaratmağını dilə gətirəndə həm də onların hansı mənbədən varlanmağına işarə vururdu. Bu yolla pul yığmaq o qədər kütləviləşib, adiləşib ki, buna görə icra başçısına boyun əyməmək adi bir günah sayılır. Hətta müəllimlərin, həkimlərin maaşından müəyyən məbləğin tutulub, park salmağa, heykəl qoymağa yönəldiləsi ilə bağlı faktların da sayı-hesabı yoxdur... Ara-sıra buna görə narazılıqlar olub, amma kiminsə cəzalandırıldığını eşitməmişik...
Raykom katibini işdən azad etmək asan məsələ deyildi: yoxlamalar aparılır, ciddi səbəblər ortaya qoyulur, sonra büroda qərar verilirdi. Bir sözlə səbəb də, nəticə də üzdə olurdu...
İndi icra başçısının işdən çıxarılması, onun yerinə başqasının təyin edilməsi üçün səbəb yox, nəticə əsas götürülür. Yetər ki, kiminsə gözü onun yerinə dikilsin və bu niyyətinə çatmaq üçün daha nüfuzlu bir şəxsin dəstəyini qazansın... Bir də görürsən ki, yaxşı yamanla əvəzləndi...
... Bir dəfə rayonlardan birinə getmişdim. İcra başçısı bütün əzəməti ilə məclisdə başda əyləşmişdi. Ayağa durdu, əlindəki badəni başından da uca tutub: “Gəlin ilk badələri möhtərəm, cənab, zati-aliləri prezidentimizin şərəfinə qaldıraq!” Sonra isə prezidentin atalıq qayğısından, onun sayəsində bu mərtəbəyə yüksəlməyindən, onun yolunda canından keçməyə hazır olduğundan danışdı. Onun nitqi getdikcə uzanır, təriflər bütün əndazələri aşırdı. Arada bir prezidentin ona verdiyi tapşırıqları necə can-başla yerinə yetirdiyini də vurğulayırdı... Onun sürücüsü isə narahatlıqla başçıya yaxınlaşıb, söz demək fürsəti gözləyirdi. Görünür səbri çatmadı, elə o nitq edə-edə qulağına nəsə pıçıldadı... İcra başçısının bayaqkı durumu qəfil dəyişdi, kəsik-kəsik: “Bunu... onun sağlığına içək...” - deyib, yerinə çökdü.
Artıq məclisdə əyləşənlər biri-birini qulağına nəsə pıçıldayırdı... Bir an sonra polis rəisi, prokuror, müavinlər heç icazə istəmədən ayağa durub getdilər. Böyük süfrə arxasında iki-üç adam qalmışdı: “Məni işdən çıxartdılar...” - dedi icra başçısı. Bunu elə yazıq görkəmdə dilə gətirdi ki...
Bu cür qəfildən, sədaqət andı dilindən düşməyəndə yerinə başqasının təyin olunduğunu eşidənlərin sayı birdimi, beşdimi, ondumu? İndi səbəbə yox, nəticəyə boyun əymək, onunla hesablaşmaq bir normaya dönüb...
Hər bir icra başçısı qəfildən, ən gözləmədiyi məqamda işdən qovulacağını göz altına alır... Bunu bilir, sonrakı aqibəti üçün pul yığıb, saray ucaltmaqda özünü tam haqlı sayır... Böyük rüşvətin özəyində dayanan kiçik səbəb elə budur...