Amerikanın birinci ledisi Melania və Trampın qızı İvanka Səudiyyə Ərəbistanında başlarını örtməsələr də, Vatikanda Roma papası ilə görüşdə başlarını örtüblər- İndependent yazır.
"The İndependent" qəzeti belə bir məsələyə diqqət yetirib ki, Amerikanın birinci ledisi Melania və Trampın qızı İvanka Səudiyyə Ərəbistanında başlarını örtməsələr də, Vatikanda Roma papası ilə görüşdə başlarını örtüblər.
Məqalədə deyilir ki, Melania Tramp Səudiyyənin paytaxtına səfər zamanı "başqa Qərb diplomatlarından nümunə götürərək" başını örtməyib, halbuki bu ölkədə bütün qadınlardan baş örtüyündə olmaq tələb edilir.
Yeri gəlmişkən, "The İndependent" yazır ki, Donald Tramp 2013-cü ildə Səudiyyə Ərəbistanına səfər etmiş Michelle Obamanın başını örtməməsini tənqid etmişdi.
Amma məsələ burasındadır ki, Səudiyyə Ərəbistanının diplomatik protokoluna görə xarici liderin arvadı kimi Melaniadan başını örtmək tələb edilmirdi.
Digər tərəfdən Vatikana səfər və Roma papası ilə görüş zamanı həm Melania, həm də İvanka başlarını örtmüşdülər.
Lakin yenə də Vatikanın diplomatik protokolu da qadınlardan başlarının örtülməsini tələb etmir. Yeganə tələb qadınların çiyinlərini örtməsi və uzunluğu dizdən aşağı paltar geyinməsidir.
Buna baxmayaraq Melania Tramp və Ivanka Trump Roma papası Francis-lə görüşdə başlarını örtüblər (BBC).






