İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin təşkilatçılığı ilə “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib

368 10.05.2022 16:58 Mədəniyyət A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə cari ilin 9 may tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı Xeyriyyə konserti keçirilib.

Musavat.com xəbər verir ki, konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak edib.

Konsertdən öncə çıxış edən Nazir müavini Elnur Əliyev, ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamış, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd edib.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunub. Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə, direktoru Əməkdar artist Elçin Qədimov, ansamblın baletmeysterləri Əməkdar artist Xanlar Bəşirov, Saina Əhmədova, ansamblın məşqçiləri, Əməkdar artist Fərid Əliyev, Alina Qontareva, solistlər Anar Məmmədov, Orxan Səfərli, Toğrul Şərifov, Aytən Alxasova, Valeriya Konkina, Rifan Qəhrəmanov, İsmayıl Məmmədzadədir

Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən sonra sürəkli alqışlar səsləndiriblər.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR