İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik süni bahalaşma və qıtlıq yaradan şirkəti məhkəməyə verdi

2994 26.02.2015 15:00 Ölkə A A
Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir. 

Bu barədə nazirliyin mətbuat xidmətindən musavat.com-a məlumat verilib. 

Məlumatda qeyd edilir ki, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlik istehlak bazarına nəzarət tədbirləri davam etdirir. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR