İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Ramiz Məliklə bağlı iddialara cavab verdi: "Müvafiq dəstək göstərilir, lakin... "

875 22.04.2023 11:49 Son xəbər A A

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məliklə bağlı yayılan iddialara cavab verib. Nazirlikdən Musavat.com-a daxil olan açıqlamada qeyd olunur:

"Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin  biganə qalması ilə bağlı məlumatlar yayılıb. Yayılan bu məlumatlara aydınlıq gətirən nazirliyin mətbuat xidmətindən bildirilib ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir  ağır xəstəlikdən əziyyət çəkir. Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində davam etdirilib. Xəstəxanada nazirliyin səlahiyyətli nümayəndələri aktyoru ziyarət edib və müalicə həkimlərilə Ramiz Məlikin sağlamlıq durumu haqqında danışıblar. Xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları mütəmadi ünsiyyətdə olublar. Son günlər Ramiz Məlik  evə buraxılıb və müalicəsi davam edir.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi incəsənət xadimləri, mədəniyyət sahəsində xidmətləri olan sənətçilərin rifahının yaxşılaşdırılması, problemlərinin həll olunması istiqamətində daim işlər aparır və müvafiq dəstək göstərir. Sadəcə, humanizm və etik prinsiplərə əsaslanaraq görülən bu işlər ictimailəşdirilmir".

Xatırladaq ki, 79 yaşı Xalq artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında atasının vəziyyətinin ağır olduğunu, bununla bağlı mədəniyyət nazirliyinin xəbəri olsa da hər hansı bir köməklik olmadığını demişdi.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR