İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlər Kabinetindən kənarda qalan Fikrət Məmmədov kimdir?- Dosye

15898 16.02.2024 15:34 Siyasət A A

 Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. 

Fikrət Məmmədov kimdir?

2000-ci ildən bu günə qədər Azərbaycanın ədliyyə naziri olan Fikrət Fərrux oğlu Məmmədov 1 iyul 1955-ci ildə Bakıda anadan olub. I dərəcəli dövlət ədliyyə müşaviridir.

Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilib. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr verib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Evlidir, 4 övladı var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR