İnsanlara hürriyət, millətlərə istiqlal!

NAZİRLƏR KABİNETİ XARİCİ QHT-LƏRİN QEYDİYYATI İLƏ BAĞLI QAYDALARI TƏSDİQ EDİB

2089 17.03.2011 12:44 Son xəbər A A

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, qərar “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Prezidentin Fərmanlarına əsasən verilib. Qərara əsasən, filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir. Müraciətdə təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır. Müraciətə filialın və ya nümayəndəliyin təsisçisi olan təşkilatın qeydiyyatını təsdiq edən sənədlər - dövlət (ticarət) reyestrindən çıxarışın (qeydiyyat şəhadətnaməsinin və s.), nizamnaməsinin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surətləri, təşkilat tərəfindən səlahiyyətli nümayəndənin adına verilmiş etibarnamənin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surəti təqdim olunmalıdır.
Toplanmış rəylərin nəticələri müsbət olduğu halda, Ədliyyə Nazirliyi tərəfindən danışıqlara başlanılır. Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi bir daha müzakirə edilməli və dəqiqləşdirilməlidir. Danışıqlar prosesində təşkilatın Azərbaycan Respublikasının ərazisində gələcək fəaliyyəti belə şərtləndirilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək; Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq; siyasi və dini təbliğatla məşğul olmamaq; qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR