İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlər Kabineti soğan ixracını buna görə dayandırıb – Nazirlik rəsmisi şok rəqəmlər açıqladı

1929 08.02.2023 17:23 İqtisadiyyat A A

 

Bir neçə gün əvvəl Azərbaycan Nazirlər Kabineti baş soğanın ixracını qadağan, idxalını vergi və rüsumdan azad edən qərarlar qəbul etdi. Həmin vaxta qədər ölkədə soğanın qiyməti kəskin bahalaşaraq 1,5-1,6 manata yüksəlmişdi...

Nazirlər Kabinetinin qərarı daxili bazarda soğan çatışmazlığının qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilsə də, onun imzalanmasına hansı amillərin səbəb olduğu açıqlanmamışdı.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin Musavat.com-a verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı Azərbaycandan görünməmiş həcmdə reallaşan soğan ixracının qarşısını almaq üçün verilib: “Bildiyiniz kimi, artıq iki aydır ki, müxtəlif səbəblərdən həm qlobal bazarda, həm də regional bazarda soğan qıtlığı yaşanır. Nəticədə, hər iki bazarda soğanın qiyməti kəskin bahalaşıb. Yaxın 1-2 ayda – yeni məhsul çıxana qədər bu qıtlığın daha da güclənəcəyi, qiymətlərin isə daha da bahalaşacağı gözlənilir.  Bazarlardakı qiymət şərtləri əlverişli olduğuna görə Azərbaycandan soğan ixracı son iki ayda rekord həddə çatıb. 2022-ci ilin dekabrında 727 ton, yanvarda isə 1864 ton soğan ixrac olunub. Bu, indiyədək qeydə alınmayan haldır. Çünki Azərbaycandan adətən faraş soğan ixrac edilir – aprel-may-iyun aylarında. Bu müddətdə adətən 8-10 min ton arası ixrac olur. Ondan sonrakı 4-5 ay ərzində 1-2 min ton ancaq ixrac qeydə alınır. Lakin qeyd etdiyim kimi, xarici bazarlardakı qiymət şərtləri çox əlverişli olduğuna görə dekabr-yanvar aylarında ixrac qat-qat artıb. Nəticədə, Nazirlər Kabineti daxili bazarda tələbatın təmin olunması üçün ixracı dayandırıb, idxalı stimullaşdıran dəyişikliklər edib”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR