NAZİRİN EVİ DƏ YOX İMİŞ...
İndi təzə xəbər bundan ibarətdir ki, 2012-2015-ci illər üçün korrupsiyaya qarşı yeni Milli Fəaliyyət Planı tərtib olunub. Bu sənədin tələbinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin tərkib hissəsi kimi vəzifəli şəxslər öz maliyyə vəziyyəti barədə bəyannamələr verməli olacaq. Deyilə bilər ki, axı belə bir qanun hələ neçə illər öncə qəbul olunmuşdu, orada da vəzifəli şəxslərin öz gəlirləri haqda yazılı hesabat verməli olduqları təsbit olunmuşdu. Hətta bu tələblə bağlı maraqlı bir əhvalat da olmuşdu təxminən 6 il əvvəl. Belə ki, bəzi məmurlar formal da olsa, ölkə rəhbərliyinə öz var-dövləti haqda məlumat verib. Onların sırasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təqdim etdiyi rəy isə komik xarakter daşıyırdı. Mətbuata sızan informasiyalarda qeyd olunurdu ki, hörmətli Hacıbala müəllim dünya malında gözü olmadığını, quruca maaşa qol çəkdiyini, mənəvi dəyərlərdən isə “yalnız bir Heydər Əliyevim var” yazıbmış hesabatında. Bu hərəkəti isə ona ucuz başa gəlməmişdi. Belə ki, iddialara görə, qara maskalılar bundan sonra onun kabinetinə gəlib və oradakı içi pulla, mülk kağızları ilə dolu seyfi götürüb aparıblar...
Bundan sonra həmin məsələlər haqda heç danışılmırdı, daha dəqiqi məmurlardan hesabat-filan tələb olunmurdu. İndi bu məqsədlə yeni fəaliyyət planı təsdiq olunub, burada ciddi bir yenilik var. Bu da ondan ibarətdir ki, vəzifəli şəxslər bundan sonra gəlir bəyannamələrini elektron formada təqdim edəcəklər. Yəni oturacaqlar kompüterin qarşısında, yadlarına düşən mal-mülklərini yazıb yollayacaqlar lazımi orqana.
Hə, bax əsas məsələ də bundadır. Ki, yüksək vəzifəli məmurlar gerçəkdən də gəlirləri haqda məlumatları yazanda yalnız quruca maaşlarını, aldıqları mükafatları göstərə biləcəklər. Bilirsiniz niyə? Çünki bizim məmurlarımız heç də ağılsız deyillər, heç biri öz adına müəssisə, şadlıq evi, restoran, villa, istirahət mərkəzi, şirkət yaratmır. Onların hüquqi baxımdan heç bir mülkü yoxdur. Sadəcə, həmin obyektlər kənd-kəsəkdə yaşayan müxtəlif simsar adamların adlarına rəsmiləşdirilib. Buna dair ortada xeyli nümunələr var. Onlardan biri bu yaxınlarda ifşa olunmuşdu. Zülfüqarlı qardaşlarının obyektlərinin əlindən alınması prosesi başlayanda məlum olmuşdu ki, qarşı tərəf - yəni Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov o mülkü bir çobanın adına rəsmiləşdirib. Jurnalistlər də gedib həmin adamı tapmışdılar, fağır and-aman eləmişdi ki, onun heç bu məsələdən xəbəri də yoxdur, nə vaxtsa sadəcə ona bir sənədə qol çəkdiriblər. İndi araşdırası olsaq, yüzlərlə belə faktlar ortaya çıxacaq. Amma mən 98 faiz əminəm ki, qədirbilən hökumətimiz məmurların xətrinə dəyib belə işlərə getməyəcək! Çünki bu zaman ortaya o qədər kirli-çirkli məsələlər çıxacaq ki, biabırçılıq baş verəcək.
İnanmırsınızsa, bir az səbirli olun, işdi-şayət məmur-oliqarxlardan gəlir bəyannaməsi tələb ediləndə, ortaya Hacıbala Abutalıbovun macərasına bənzər xeyli arayışlar çıxacaq. Məsələn, şəksiz-şübhəsiz, istisnasız-filansız bütün nazirlərin bahalı evi, şəxsi maşını, heç bir at-arabası da olmadığı ortaya çıxacaq.
Amma çıxış yolu təbii ki var. Əgər bir ölkədə hansısa müxalifətçini izləyib, qanunazidd olaraq onun intim səhnələrini ortaya çıxarırlarsa, deməli, bir nazirin villasını da tapıb ortaya çıxarmaq olar. Sadəcə, bunu səmimi şəkildə istəmək lazımdır.