İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin çıxışı zamanı göy qurşağı rəngli çətirə müdaxilə - Bu VİDEO gündəm oldu

2063 25.09.2022 03:00 Hadisə A A

Trabzonda keçirilən silsilə tədbirlərə qatılan Türkiyənin daxili işlər naziri Süleyman Soylu vətəndaşlara xitab edərkən əlində göy qurşağı rəngli çətir olan şəxsə mühafizəçilər müdaxilə edib.

Musavat.com xəbər verir ki, çətiri bağlatdırılan vətəndaş ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, Süleyman Soylu müxtəlif proqramlarda iştirak etmək üçün məmləkəti Trabzona gedib. Nazir Soylu ilk olaraq Sürmene rayonunda iş adamı Mehmet Ali Kancaoğlunun anası və atası adını daşıyan Sürmene Saniye və İlyas Kancıoğlu Xüsusi Təhsil Məktəbinin təməlqoyma mərasimində iştirak edib.

Daha sonra Əraklı mahalına səfər edən S.Soylu, Əraklı Hökumət Evinin açılışını edib. Soylu burada vətəndaşlara müraciət edərkən maraqlı anlar kameralara tuş gəlib. Soylunun çıxışı zamanı Tvitter hesabında paylaşdığı görüntülərdə mühafizəçilər izdihamın arasında olan və göy qurşağı rəngli çətir daşıyan vətəndaşa müdaxilə edib.

Həmin anlar canlı yayım zamanı kameralar tərəfindən saniyə-saniyə lentə alınıb. Görüntü qısa zamanda sosial mediada böyük marağa səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR