İnsanlara hürriyət, millətlərə istiqlal!

Naziri öldürmək istəyən sui-qəsdçilər BELƏ TUTULDU - Film kimi əməliyyat

2532 09.08.2022 13:40 Dünya A A

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın sui-qəsd qrupunun Ukraynanın müdafiə naziri Aleksey Reznikov və ordunun yüksək rütbəli hərbçilərini öldürməyi planlaşdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyat qurumuna (GRU) bağlı olan sui-qəsd qrupunun üzvləri artıq saxlanıb.

“Onlar ölkəmizin müdafiə nazirinin və Baş Kəşfiyyat İdarəsinin rəisinin, eləcə də tanınmış ukraynalı fəalın qətlinə hazırlıq görürdülər. Öldürülməsi planlaşdırılan hər bir şəxs üçün onlara 100-150 ​​min dollar pul mükafatı vəd edilib” - Ukrayna Təhlükəsizlik Xidmətinın açıqlamasında bildirilib.

Məlumata görə, sui-qəsd qrupu izi itirmək üçün Ukraynaya Belarus ərazisindən daxil olub.

Ukrayna kəşfiyyatı onların nəzarət-buraxılış məntəqələrindən Volın vilayətinə girişini və əlaqəli şəxslərlə görüşlərini qeydə alıb. Kəşfiyyatçılar ciddi hücumun qarşısını almaq üçün Kovel şəhərində sui-qəsdçiləri saxlamağa müvəffəq olublar. Həbs edilən hər iki şəxs qəsdən adam öldürmədə ittiham olunur.

Saxlanan şəxslərin üzərində Rusiya pasportlarının olduğu da bildirilir.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR