İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi DİN rəhbərliyinin daim diqqətindədir"

697 15.02.2020 14:07 Son xəbər A A

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaş ilə görüşüb. 

General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya və həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR