İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nazir və oliqarx birləşərək mətbuat və söz azadlığı üzərinə hücuma keçiblər"

1264 12.09.2014 17:55 Ölkə A A




Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ölkənin əsas oliqarxlarından olan  Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib. İddia ərizəsində A. Məmmədov  R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir. 
A.Məmmədovun bu addımına Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn münasibət bildirib. Pənah Hüseyn deyib:   “Yeni Müsavat” qəzetinin baş redaktoru və ölkədəki ictimai-siyasi prosesin tanınmış, nüfuzlu fiqurlarından biri olan Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının qaldırılması, onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbinin qoyulması olduqca ciddi, qəbuledilməz addımdır. Söhbət etdiyim hüquqşünasların rəyinə görə də  hüquqi baxımdan  şikayətin məhkəmə perspektivi yoxdur.  Anar Məmmədov iri oliqarxlardan biri olmaqdan ziyadə,  nazir Ziya Məmmədovun oğludur.  Faktiki olaraq belə çıxır ki,  nazir və oliqarx birləşərək  mətbuat və söz azadlığı üzərinə hücuma keçiblər. Əgər hər nədənsə səni nazir və oliqarx edibsə, bunun bədəlinə də  dözmək, səbrli olmaq gərəkdir. Meydan sulamaq lazım deyil. Hesab edirəm ki, bu məsələyə reaksiya təkcə ölkə və cəmiyyət çərçivəsi ilə məhdudlaşmayacaq. Həm Rauf Arifoğlunun dostları, həm də vətəndaş, haqq və ədalət tərəfdarı  yüz minlərlə insan Rauf Arif oğlunun yanında olacaq. Buna heç kəsin şübhəsi olmasın. Ən doğru olan razılaşıb iddianı geri götürmək olardı.”.

Etibar SEYİDAĞA  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR