İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir tələbə olduğu dövrlə hazırkı zamanı müqayisə etdi

670 15.02.2019 12:40 Son xəbər A A

Xəbər verdiyimiz kimi Ceyhun Bayramov prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirib. 

Musavat.com xəbər verir ki, mətbuat konfransında nazirdən tələbə olduğu dövrdə aldığı təqaüdlə hazırkı təqaüdün arasındakı fərq soruşulub. Nazir, suala cavab olaraq aşağıdakıları bildirib:
"Təqaüd almaq hər bir tələbənin istəyidir. O zaman da biz daha yüksək təqaüd almaq üçün can atırdıq. Hesab edirəm ki, bu gün də eyni rəqabətə imkan var. O zaman adi təqaüdlər 40-45 manat arasında idi. Daha sonralar milli valyutada dəfələrlə dəyişiklik baş verib. Hazırda biz fərqli dövrlərdə yaşayırıq. Düşünürəm bu gün artım nəticəsində, xüsusilə də akademik göstəriciləri yüksək olan tələbələrin aldığı 130 manat təqaüd, mənim tələbə olduğum müddətdə aldığım təqaüddən daha yüksəkdir".

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR