İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Son beş ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib"

529 28.11.2018 11:33 Son xəbər A A

"Yaxın illərdə əmək bazarında yeni ixtisaslara ehtiyac yaranacaq".

Musavat.com xəbər verir ki, bu fikri təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, təhsilin keyfiyyətini bu istiqamətdə yüksəltməli, təmayülləşməyə marağı daha da artırmalıyıq:
"Buna görə də ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması və innovasiyaların tətbiqi qarşıda duran vəzifələrdəndir. Xüsusən, riyaziyyat, informatika, robototexnika, nanotexnologiyaların ümumi təhsilə tətbiqi prioritet olmalıdır. Təhsilin potensialı müəllimlərin bilik və bacarıqlarından üstün ola bilməz. Buna görə də, müəllimlərin bilik və bacarıqlarının artırılması bu sahədə əsas hədəflər kimi müəyyən edilib”.

Nazir həmçinin qeyd edib ki, son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib: "1-ci siniflərə qəbul olan şagirdlərin sayı 230 mindən çox artıb. Son 5 il ərzində şagird müəllim nisbətində xeyli artım qeydə alınıb. 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu, 2014-cü illə müqayisədə 2.3 dəfə çoxdur. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən, 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübəyə əsasən Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək".

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR