İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir şikayətçilərə söz verdi: “Eldar Əzizovla şəxsən danışacağam” - (Fotolar)

2937 21.02.2014 14:22 Gündəm A A
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda nazirliyin Sumqayıt şəhər şöbəsində vətəndaşlarla görüşür.

"Qafqazinfo" xəbər verir ki, S.Müslümova problemini çatdırmaq üçün görüşə yüzlərlə sakin gəlib. Lakin onların çoxu binaya daxil ola bilməyib. Qəbula düşə bilməyən sakinlərlə polislər arasında xırda problemlər yaranır.

Qəbula gəlincə, Səlim Müslümov şikayətçiləri bir-bir qəbul edir. Görüşdə nazir bildirib ki, şikayətlərin çoxu Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanlanıb. Nazir məsələ ilə bağlı şəxsən Eldar Əzizovla danışacağını da bildirib.

Qəbul hələ də davam edir. Nazir bildirib ki, avtomobili olan insanlara sosial yardım verilməyəcək. Bununla bağlı DYP ilə artıq əməkdaşlığa başlanılıb. May ayına qədər isə bütün növbədə olan əlillər avtomobillə təmin olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR