İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: 'Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq'

1045 27.06.2016 20:33 Son xəbər A A

Sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.
 
"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.
 
M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.
 
Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR