İnsanlara hürriyət, millətlərə istiqlal!

NAZİR OĞLUNU DÖYƏN ŞƏXS POLİS RƏİSİ OLDU

26090 13.12.2009 08:17 Mətbuat bugün A A

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur. DİN-də kadr dəyişiklikləri daim ictimaiyyətin diqqət mərkəzində olub. Hazırkı dəyişikliklər də maraqlı müzakirələrə səbəb olub. Məsələ orasındadır ki, İsfəndiyar Mehbalıyevi 3 il əvvəl prokurorluqdan qovublar. Fikrət MəmmədovÇünki o, ədliyyə naziri Fikrət Məmmədovun oğlunu döyüb çənəsini sındırmışdı. Hadisə belə oplmuşdi. İ.Mehbalıyevin bir xobbisi var. O sükan arxasına keçib “avtoş”luq edəndə kimsənin maşınının onun maşınının qarşısında olmasını sevmir. Buna görə də onun sürücülərlə tez-tez mübahisələri düşür. 3 il əvvəl hadisə də məhz bu səbəbdən baş vermişdi. İ.Mehbalıyev “BMW X5"lə şəhərin ortasında ”avtoş"luq edəndə Fikrət Məmmədovun oğlunun idarə etdiyi maşın işıqforun qırmızı işığında dayanmaqla sonuncunun maşınına yol verməmişdi. Buna görə İ.Mehbalıyev nazir oğlunu sükan arxasından düşürüb döymüşdü. Nəticədə nazir balasının çənəsi sınmışdı. Bu hadisəyə görə Fikrət Məmmədov İsfəndiyar Mehbalıyevi işdən çıxartdırdı. Ona qarşı cinayət işi başlatmağa isə müvəffəq ola bilmədi. Belə ki, o dövrdə Bakı şəhər prokuroru olan Ədalət Mirsalamlı Fikrət Məmmədovun bununla bağlı şəxsi xahişini yerə salıb cinayət işi başlamamışdı. Bunun da maraqlı tarıxçəsi vardı. Belə ki, Ə.Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə İ.Mehbalıyev birgə “avtoş”luq edirdi. M.Mirsalamlı da atasından dostuna cinayət işi başlamamasını istəmişdi. Bakı prokuroru oğlunun istəyindən keçə bilməyərək nazirin xahişini yerə salmışdı. Bu isə F.Məmmədovu qəzəbləndirmiş və Ə.Mirsalamlıya qarşı kampaniya başlamasına gətirib çıxarmışdı. Bu hadisədən bir neçə ay sonra Ə.Mirsalamlı vəzifəsindən çıxarıldı. Oğlu isə narkotik üstündə həbs edildi. Onunla birlikdə Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu da ilişdi. Xatırladaq ki, bununla bağlı həm cinayət işi materiallarından, həm də məhkəmə proseslərindən geniş yazılar dərc etmişik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR