İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir niyə məktəbdəki rüşvətin leqallaşdırılmasını istəyir? – Natiq Cəfərli ilə Taliyət Əliyev “Canlı debat”da

616 22.12.2021 12:00 Gündəm A A

Tbilisidə olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyünü bildirib.

"Bildirmək istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlərin nəticələrinə əsasən, avtomobil əlaqəsinin bərpası ilə bağlı Azərbaycanla razılığa gəlmək imkanı yaranıb", - Paşinyan deyib.

O bu bəyanatı Tbilisidə ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında səsləndirib.

"Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək", - deyib.

Paşinyan xatırladıb ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı İlham Əliyevlə prinsipial razılıq əldə olunub. Baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq.

Paşinyanın bu açıqlaması sülhün yaxında olduğunu göstərirmi? Sanki ictimaiyyətə çox da açıqlanmayan, alt qatda, qapılar arasında yaxşı bir proses gedir. Bəzi iddialara görə, Ermənistanın revanşist qüvvələrinin popolizminin, xalqı küçələrə səsləmələrinin qarşısını almaq üçün gedən proses haqda çox da detallı bilgilər verilmir. Amma istəniulən halda nəticə Azərbaycanın və xalqın xeyirinə olacaq.

Təhsil Naziri Emin Əmrullayevin məktəblərdə yığılan pulların leqallaşdırılması ilə bağlı təklifi nədən xəbər verir? Bu, rüşvətə qanun donu geyindirməyə çağırışdır, yoxsa başqa səbəb var?

Hakimiyyət Rəsul Quliyev və Əli İnsanovla barışarsa, onları bağışlayarsa, (bu istiqamətdə proses gedir. Rəsul Quliyev deyib ki, Azərbaycana gəlməyə hazırlaşır, Əli İnsanov isə ötən həftə PA-da olub, partiyası qeydə alınıb) müxalifətçilikləri necə olacaq? Biri Naxçıvan elektoratının, digəri Qərbi Azərbaycan faktoruna sığınıb, özlərini güclü sayıblar və cəmiyyətə, tərəfdarlarına hazırkı iqtidara alternativ kimi görünüblər. İlham Əliyevin reytinqinin indiki pik vaxtında, prezident və ali baş komandan kimi ən güclü olduğu dövrdə bu adamların təhlükə olması mümkün deyil. Amma populizm istər-istəməz hər zaman özünə tərəfdar toplaya bilib. Bir məsələ də var ki, R.Quliyev artıq müxalifətçi kürkünü soyunub kənara atıb. Əli İnsanovun da PA-na getməsi personası ətrafında xeyli şübhələr, söz-söhbətlər yaradıb.

Tərtər işinin istintaqından nələr gözləmək olar? Ölkədəki bahalaşmanın qarşısı sosial müavinətlərin artırılması ilə alına bilərmi?
Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 10.30-da Sevinc Telmanqızının təqdimatında “Canlı debat”da ReAL partiyasının icra katibi Natiq Cəfərli və ADP sədrinin müavini Taliyət Əliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR