"TAP layihəsi Avropaya qaz tədarükü və enerji mənbələrinin diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir və İtaliya hökuməti BMT-nin İqlim Dəyişməsi Konvensiyasında nəzərdə tutulan ekoloji məqsədlərə cavab verən bu layihəni tam dəstəkləyir".
"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto deyib.
"İtaliya Azərbaycan və digər iştirakçı ölkələr tərəfindən yaradılan yüksək əməkdaşlıq çərçivəsində layihənin tam uğurla həyata keçirilməsində qərarlıdır", - deyə İ. Skalfarotto vurğulayıb.
Onun sözlərinə görə, İtaliyada mart ayında parlament seçkilərinin keçirilməsi bu ölkənin layihə ilə bağlı öhdəliklərinin icrasına təsir etməyəcək.
Daha sonra İtaliya rəsmisi ölkə iqtisadiyyatı və çoxsaylı şirkətlərin üstünlükləri barədə məlumat verib.






