İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: "Bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar"

333 06.11.2019 14:55 Səhiyyə A A

"Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin".

APA xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev doğum evlərində valideynlərə uşaq qidalarının satılmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Nazir müavini deyib ki, buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər.

"Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət də iştirak etməlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR