İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib FOTO

528 14.09.2022 18:26 Dünya A A

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 14 sentyabrda Gürcüstanın Tbilisi şəhərində keçirilən “Beynəlxalq Rəqəmsal Bağlantı Sammiti, Gürcüstan 2022 – Regionlararası əlaqə və rəqəmsal xidmətlər dəhlizlərinin inkişafı” adlı tədbirdə iştirak edib.

Tədbir Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstan Milli Rabitə Komissiyası və Dünya Bankının birgə təşkilatçılığı ilə keçirilib.

Nazir müavini Samir Məmmədov “Regionlararası rəqəmsal dəhlizlərin inkişaf imkanları” mövzusundakı paneldə çıxış edib.

Sözügedən tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Avropa İnvestisiya Bankının və Gürcüstanın müvafiq nazirliklərinin rəhbər şəxsləri panel müzakirələrində iştirak ediblər.

Həmçinin nazir müavini Samir Məmmədovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı nəqliyyat və İKT sahələrində mövcud əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR