İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"

463 17.09.2019 00:00 İqtisadiyyat A A

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 33% artaraq 2,3 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 28% artıb və bu göstərici 3,4 mlrd. dolları ötmüşdü.

"Türkiyə Azərbaycanın ikinci ən əsas ticarət tərəfdaşıdır. Hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq, onun strukturunu şaxələndirməkdən ibarətdir", - deyə nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR