İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Azərbaycanın məcmu valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən artıqdır"

1111 09.10.2014 10:25 Son xəbər A A

 Bu ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5%, onun qeyri-neft sektoru isə 6% artıb.

Ölkəmizin maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 mlrd. ABŞ dolları səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mlrd. dollar və ya 8% artım əldə edilib.
 
“APA-Economics”in xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.
 
Nazir qeyd edib ki, ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. “Eyni zamanda, onu da qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5% səviyyəsində qərarlaşıb”, - deyə S. Şərifov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR