İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Anar Kərimov: "İbrahimbəyovun gətirdiyi yenilikləri Azərbaycan xalqı unutmayacaq”

406 16.03.2022 12:58 Mədəniyyət A A

"Rüstəm İbrahimbəyov mədəniyyətimizə 60 ildən çox xidmət edib. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında onun müstəsna rolu olub".

Musavat.com bildirir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində keçirilən vida mərasimində deyib. Nazir daha sonra mərhum sənətkarın  yaradıcılığına nəzər salaraq aşağıdakıları qeyd edib:

"Onun əsərləri, ssenariləri əsasında gözəl filmlər çəkilib. Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər Azərbaycan kinosunun təbliğinə xidmət edib. Bu, onun hansı səviyyədə olmasının göstəricisidir. Onun əsərləri əsasında 100-lərlə tamaşa hazırlanıb. Bu, İbrahimbəyovun şəxsiyyətinin çoxşaxəli olması deməkdir. Rüstəm İbrahimbəyov dünyasını dəyişsə də onun kinomuza və ədəbiyyatımıza gətirdiyi yenilikləri Azərbaycan xalqı heç vaxt unutmayacaq".

 

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR