İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir AÇIQLADI: Polislərin maaşı artacaq

1335 11.11.2021 14:06 Ölkə A A

“Dövlət başçısının tapşırığı əsasında əməkhaqqını artırılması ilə bağlı təkliflər hazırlanıb”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, - nazir vurğulayıb.

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev iclasda polisin maaşının ən azı iki dəfə artırılmasını təklif edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR