“Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.
“Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək”, - keçmiş dövlət başçısı vurğulayıb.






