İnsanlara hürriyət, millətlərə istiqlal!

Naximov küçəsi, II döngəyə asfalt çəkilir: Sakinlərin sevincindən narahat olanlar təxribat törədir… - VİDEOREPORTAJ, FOTOLAR

9206 16.01.2020 14:30 Reportaj A A

Bir müddət öncə Xətai rayonu, Naximov küçəsi, ikinci döngənin problemlərini çəkib işıqlandırmış, yolların acınacaqlı vəziyyətini diqqətə çatdırmışdıq. Nəhayət ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yol çəkilməsi üçün işlərə başlanılıb.

“Yeni Müsavat” olaraq görülən işləri işıqlandırmaq üçün əraziyə baş çəkdik, sakinlərin sevincinə şərik olduq.

Onu da qeyd edək ki, biz çəkiliş apardığımız zaman kimliyi məlum olmayan şəxslər təxribat yaratmağa çalışdılar. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizədlərdən birinin nümayəndələri görülən işləri onun adına çıxartmağa çalışdılar.

Həmçinin bizləri təbliğat kampaniyası aparmaqla ittiham etdilər. Sakinlərin müdaxiləsi və onların problemini işıqlandıran Tyeni Müsavat əməkdaşlarını müdafiə etməsi ilə qalmaqal daha da böyüdü. Vətəndaşlar onların problemlərinin həllindən narahat olan şəxslərə layiqli cavab verərək onları uzaqlaşdırmağa çalışdılar.

Daha sonra sakinləri tərəfindən icra nümayəndəsi Qafur Rəhmanov əraziyə çağrılıb. O görülən işləri dövlət tərəfindən aparıldığını və heç kimin bu işləri öz adına çıxmağa haqqı çatmadığını vurğulayıb.

Həmçinin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da əraziyə gələrək müxbirlərin yanında olub. Məlum deputatlığa namizədənin adamlarının müxbirləri təxribata çəkməsinin qarşısını alıb.

Nərgiz LİFTİYEVA
Elçin ƏKBƏROV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR