İnsanlara hürriyət, millətlərə istiqlal!

NAXÇIVANDA SOSİAL ŞƏBƏKƏLƏRİN FƏALI YOXA ÇIXIB

1389 25.10.2011 09:00 Ölkə A A
O bildirib ki, Naxçıvanda insan haqları ilə bağlı vəziyyət getdikcə ağırlaşır. Belə ki, artıq 20 gündür ki, Cavid Heydərov adlı gənc fəalın barəsində məlumat yoxdur. C.Heydərov “Alim Fərəcov ” ləqəbi ilə Facebook sosial şəbəkəsində Naxçıvan xəbərləri adlı qrup yaradaraq, Naxçıvanda olan özbaşınalıqlar, qanunsuzluqlar haqqında məlumatlar və şərhlər yazırdı. E.Abbasov C.Heydərovun taleyindən narahat olduqlarını bildirərək, onun həbs olunduğunu ehtimal edib. O deyib ki, tez bir zamanda araşdırma aparılacaq və Heydərovun ailəsi ilə görüş olacaq
E.Abbasov həmçinin bildirib ki, oktyabrın 14-də Türkiyədən gələrkən şəxsi əşyaları Naxçıvan beynəlxalq hava limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən müsadirə edilib. Jurnalist bunun özünə qarşı təxribat olduğunu bildirib. O hesab edir ki, gömrükdə baş vermiş bu hadisə onun peşə fəaliyyəti ilə bağlıdır. E.Abbasov Naxçıvan Gömrük Komitəsini məhkəməyə verəcəyini deyib.
Hüquq müdafiəçisi İlqar Nəsibov isə öz çıxışında bildirib ki, son günlər Naxçıvanda müstəqil hüquq müdafiəçilərinə, haqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər şiddətlənib. Bu cür hallara Babək rayonunun Nehrəm kəndində daha çox rast gəlinir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR