NAXÇIVANDA MÜSAVAT FƏALININ UŞAQLARI HƏDƏLƏNİR
Bundan sonra İ.Məmişov M.Əliyevi namizədliyini irəli sürməkdən çəkindirmək üçün müxtəlif üsullardan istifadə edib. Bir müddət sonra M.Əliyev naməlum şəxslər tərəfindən döyülüb. O, bu haqda yerli hüquq-mühafizə orqanlarına müraciət etsə də nəticəsi olmayıb. Müsavat fəalı deyir ki, bundan sonra ona mənəvi təzyiqlər başlayıb: “Mən daim izləndiyimi hiss edirəm. Bütün qohum və tanışlarımı mənə qarşı qoymağa çalışırlar. Hətta məktəbdə dərs dediyim şagirdlərimi də mənə qarşı hazırlayır, məni nüfuzdan salmaq üçün müxtəlif üsullara əl atırlar. Yaşadığım Keçili kəndinə çəkilən yolun tikintisi dayandırılıb. Camaat arasında məqsədli şəkildə şayiə yayılıb ki, guya bu, mənə görədir. Yəni mən nə vaxt müxalif mövqeyimdən geri çəkilsəm, yol da onda çəkiləcək. Məni kənd camaatı ilə bu yolla üz-üzə qoyurlar. 2005-ci il parlament seçkilərində namizəd vərəqələrimə imza atan şəxsləri indi incitməyə başlayıblar. Bu da onlara bir mesajdır ki, bu seçkilərdə mənə imza verməsinlər”.
M.Əliyev deyir ki, Şahbuz Rayon Təhsil Şöbəsi də İ.Məmişovun göstərişi ilə hərəkət edərək onu neytrallaşdırmağa çalışır. Belə ki, M.Əliyevin böyük oğlu Hafiz Əliyev Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən ucqar yerə - Ağbulaq kənd orta məktəbinə müəllim təyin olunub. Təhsil şöbəsinin müdiri isə heç buna da məhəl qoymayaraq onu məktəbdən qovub.
Bütün təqib və təzyiqlərə baxmayaraq namizədliyini irəli sürüb sonadək mübarizə aparacağını deyən M.Əliyevi narahat edən məsələ övladlarının həyatına olan təhlükələrdir: “Mənim və övladlarımın həyatına real təhlükə var. Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək kömək istəyirəm. Bildirirəm ki, əgər mənim və övladlarımın başına bir iş gəlsə, buna görə məsuliyyəti Şahbuz RİH-in şöbə müdiri İmran Məmişov daşıyır”.
Məsələ ilə bağlı Şahbuz RİH-lə əlaqə saxladıq. İmran Məmişovun köməkçisi bildirdi ki, şöbə müdiri yerində yoxdur və bu məsələ ilə bağlı suala yalnız Məmişov özü cavab verə bilər. Köməkçi başqa vaxt zəng etməyimizi məsləhət görsə də gün ərzində telefonlarımıza cavab verən olmadı.