İnsanlara hürriyət, millətlərə istiqlal!

NAXÇIVANDA DA BƏLƏDİYYƏ SEÇKİLƏRİ BOYKOT EDİLƏ BİLƏR

1121 21.12.2009 09:57 Ölkə A A
Onun sözlərinə görə, bölgədə bələdiyyə namizədləri yerli icra hakimiyyətlərinin əvvəlcədən hazırladıqları siyahı əsasında qeydə alınıblar: “Demək olar ki, müxalifət düşərgəsindən heç kəs sözügedən siyahılarda təmsil olunmayıb".
Əhali bu məsələdən narazıdır və insanlar səs verməyə qatılmayacaqlarını bildiriblər. Bu səbəbdən də yerli icra hakimiyyətləri büdcədən maliyyələşən idarələrin işçilərinin zorla səs vermə məntəqələrinə gətirilməsi barədə göstəriş verib. Əks halda bu tələbi yerinə yetirməyənlər işdən azad olunacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, muxtar respublika ərazisində 171 bələdiyyədə seçkilər keçiriləcək.
Naxçıvan MR ərazisində seçkilər 7 seçki dairəsi üzrə baş tutacaq. 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə 20, 2 saylı Şərur seçki dairəsində 36, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində 28, 4 saylı Naxçıvan şəhər seçki dairəsində 2, 5 saylı Şahbuz-Babək seçki dairəsində 27, 6 saylı Culfa-Babək seçki dairəsində 24, 7 saylı Ordubad-Culfa seçki dairəsində isə 34 bələdiyyədə seçkilər təşkil olunacaq. 2009-cu ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində 171 bələdiyyəyə 1437 nəfər üzv seçilməsi planlaşdırılır.
Xatırladaq ki, bu il muxtar respublika ərazisində 215 bələdiyyədən 44-ü birləşdirilərək onların sayı 171-ə enib. Seçilməsi nəzərdə tutulan bələdiyyə üzvlərinin sayının artması isə muxtar respublikada əhalinin artması ilə əlaqələndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR