Naxçıvanda bayram namazı qılmaq istəyənləri məscidə buraxmadılar
Naxçıvandakı “Kazım Qarabəkir Paşa” məscidinin axundu 400-ə qədər dindarı Ramazan ayının bayram namazını qılmaq üçün məscidə buraxmayıb. Bunu “Turan”a Naxçıvandakı mənbələr bildirib.
Məscindin axundu bayram namazının avqustun 9-da qılınacağını əsas gətirərək bu addımı atıb. Bu isə dindarların arasında narazılığa səbəb olub. Belə ki, aralarında əslən Türkiyədən olan türklər olmasına baxmayaraq onlar da namaza buraxılmayıblar. Halbuki, Türkiyədə bayram namazı avqustun 8-də qılınıb.
Bu məscidi Türkiyə tərəf tikib, bir müddət məscidə Türkiyədən olan imamlar rəhbərlik ediblər. Sonradan məscidə rəhbərlik Naxçıvandan olan din xadimlərinin əlinə keçib.






