İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyi sərt açıqlama yaydı

2603 11.01.2019 14:54 Ölkə A A

Son günlər mətbuatda, xüsusilə də bəzi saytlarda Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyi haqqında yazılan məlumatlar Naxçıvanın Bakıdakı Nümayəndəliyinin narazılığına səbəb olub.

Musavat.com-un verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sözügedən məlumatları yayan mətbuat orqanları ilə bağlı açıqlama verib. 

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyi haqqında yazılan həmin məlumatlar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır: "Əslində, bu yazılara cavab vermək, yaxud onlar barədə hər hansı fikir ifadə etmək, bəlkə də yersiz görünə bilər. Lakin bu yalan dolu məqalələrdə adı keçən bir çox keçmiş yüksək vəzifəli şəxslər mənə zəng edərək, bu məsələdə onlara yardımçı olmağımı xahiş edirlər. Bu insanlar barələrində iftira yazanları məhkəməyə vermək, hüquqlarını layiqincə qorumaq niyyətindədirlər. Onlardan bir çoxu artıq öz vəkillərinə müraciət belə, ediblər".
 
Naxçıvanın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov onu da bildirib ki, yalan məlumat yayanların davranışlarına hüquqi qiymətin verilməsinə ehtiyac var və bu istiqamətdə lazımi addımlar mütləq atılacaq.
 
Musavat.com
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR