İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO və Rusiya dialoqu - qarşılıqlı təhdidlər və ittihamlar fonunda

759 27.03.2017 16:28 Dünya A A

Rusiya və NATO uzun müddətdən sonra bir araya gəlib təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, martın 30-da baş tutacaq dilaoq ərəfəsində tərəflər bir-birinin ünvanlarına təhdid dolu mesajlar və ittihamlar səsləndirir.

Şimali Atlantika alyansının narahatlığına əsas səbəb Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” raketləridir. Rusiya rəsmiləri buna görə NATO qarşısında hesabat vermək lüzumu hiss etmədiklərini bəyan ediblər.

Əvəzində Moskva alyansın Polşa və Baltikyanı ölkələrdə yerləşdirdiyi taborların özləri üçün təhdid yaratdığını bildirir. NATO isə Rusiyanın “Qərb” və “Qafqaz” kod adı altındakı təlimlərindən, habelə Krımda həyata keçirəcəyi hərbi manevrlərdən narahatlığını ifadə edib.

Qeyd olunur ki, NATO-Rusiya şurası iki əks qütbdə dayanan düşərgənin yeganə təşkilati dialoq formasıdır. Burada hər iki tərəf nümayəndələr və xüsusi ekspertlərlə təmsil olunurlar.

“Danışıqlar şəffalıq, fikir mübadiləsi və ortada olan qayğıların aradan qaldırılması üzərində gedəcək. Heç kim bir-birinə hesabat verməli deyil”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Kelin Almaniyanın “Der Spiegel” qəzetinə verdiyi müsahibədə bildirib.

Картинки по запросу andrey kelin Mİd

NATO və Rusiya arasında siyasi dialoq 2014-cü ildən, Rusiyanın Krımı işğal etməsindən bu yana kəsilmişdi. Lakin hər iki tərəfin sözlü təhdidlərdən əməli hərəkətlərə keçməsi dialoqu zərurət halına gətirib.

Belə ki, Rusiya Avropanın burnunun dibində, Kalininqradda, qitənin istənilən nöqtəsini asanlıqla bura biləcək “İsgəndər “ raketlərinə yerləşdirib.

Avropa bu raketlərə atom başlıqlarının qurulmayacağından o qədər də əmin deyil.

Rusiyanı isə ABŞ-ın Polşa və Rumıniyada qurduğu raket əleyhinə müdafiə (RƏM) sistemləri qıcıqlandırır.

Gazeta.ru-nun xəbərinə görə, Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramişvili ABŞ-ın AvroRƏM sistemlərinin genişləndirməsini cavabsız qoymayacaqlarını açıqlayıb.

Səfir diplomatik missiyasını həyata keçridiyi ölkəni, Norveç krallığını üstüörtülü şəkildə təhdid etməyi uutmayıb.

Bunun əvəzində Norveç müdafiə araşdırmaları instututu və ABŞ raket əleyhinə müdafiə Agentliyi 2017-ci ilin sonuna qədər AvroRƏM sistemlərinin təkmilləşdirilməsi ilə bağlı birgə layihə həyata keçirməkdədirlər.

Hələ bu ilin yanvarında RF prezidentinin mətbuat katibi Dmitri Peskov NATO raketlərinin Avropadan çəkilməyəcəyinə qədər Kalininqradda “İsgəndər”lərin qalacağını vurğulamışdı.

Картинки по запросу ИСКАНДЕР РАКЕТЫ

Mətbuatın yazdığına görə, bütün bu gərgin atmosfer fonunda tərəflərin müəyyən məsələlərdə razılığa gəlmək şansı hələ mövcuddur.
NATO baş katibi Yens Stoltenberq Rusiya və Belarusun birgə keçirəcəkləri “Qərb-2017” hərbi təlimərini müşahidə etmək etmək arzusunu dilə gətirib. Belarus prezidenti Aleksandr Lukaşenko da alyansın bu istəyini geri çevirməyəcəklərini bildirib.

Ümumi mənzərə isə ondan ibarətdir ki, hər bir tərəf vəziyyəti gərməklə özü üçün daha səfrəli güzəştləri qoparmaq istəyir.

Rusiyanın məqsədi Avropada əvvəlki status-kvonun heç olmasa yarısına qədərini geri qaytarmaq və yeni işğal etdiyi ərazilərdə ən azı faktiki mövcudluğunu qəbul etdirməkdir.

Qərbin isə Moskvanın şıltaqlıqlarına və “əcəb edirəm” siyasətinə dözməyə həvəsi və dözümü yoxdur...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR