İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb

251 09.10.2015 03:14 Dünya A A
 NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb .

“Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmək çox vacibdir. Gürcüstan sərhədlərinin dünya tərəfindən tanıdıldığı  suveren dövlətdir. Onun öz gələcəyini,  təhlükəsizliyin təmin olunması üçün tədbirləri  müəyyən etmək   hüququ var”, deyə NATO-nun  baş katibi qeyd edib.

Onun sözlərinə görə, Rusiya indiyədək Gürcüstanın sərhədlərini pozmaqda davam edir. “NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırır”, deyə baş katib bildirib.
 
“NATO Uelsdəki sammit zamanı  Gürcüstana böyük yardım paketinin ayıracağını vəd etmişdi və biz sözümüzə əməl edirik”, deyə baş katib bildirib və Gürcüstanın da öz öhdəliklərinə əməl edərək islahatlar layihəsini davam etdiyini bildirib. Yens Stoltenberq Gürcüstan-NATO əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləməkdə davam edəcəyini bildirib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR