İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO - Rusiya müharibəsi başlayır: Stoltenberq təsdiqlədi - YENİ GƏLİŞMƏ

1420 27.05.2024 11:36 Dünya A A

NATO-nun baş katibi Yens Stoltenberq yeni mərhələnin startı sayılan açıqlama ilə çıxış edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynada hərbi üstünlüyü ələ alması ilə NATO və ABŞ kölgədən çıxır və açıq oynamağa başlayır.

İndiyə qədər aparılan proksi müharibə getdikcə daha çox NATO - Rusiya qarşıdurmasına keçir. Nə deyib, Stoltenberq? Deyib ki, şəxsən o, Qərb silahlarının Rusiya ərazisində “qanuni məqsədlər üçün” istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.

Doğrudur, NATO-nun baş katibi dərhal da vurğulayıb ki, alyans Ukrayna məsələsində Rusiya ilə birbaşa toqquşmadan qaçmağa çalışır və bu, əsas vəzifə olaraq qalır.

Lakin ABŞ dövlət katibi Entoni Blinkenin ardınca NATO baş katibinin də identik açıqlaması onu göstərir ki, bu toqquşma qaçılmazdır və planetimiz yeni dünya müharibəsinin astanasındadır. Görünən budur ki, Kollektiv Qərb Ukrayna vasitəsi ilə proksi müharibəni uduzur. Ona görə də birbaşa, açıq müdaxiləyə hazırlaşır və artıq düyməyə basılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR